Tez-tez verilən suallar

Sual-Cavab

Suallarınız

İnsanların ən çox soruşduqları

Analiz nəticələri, simptomlar və müalicə ilə bağlı tez-tez verilən suallara qısa cavablar. Hər cavabın altında mövzu haqqında ətraflı yazının keçidi var.

Diabet

Xeyr, bu göstərici diabet deyil, lakin prediabetə – «gizli şəkər»ə işarə edə bilər. Aclıq qan şəkərinin 100–125 mq/dl olması prediabet, 126 mq/dl və daha yüksək olması isə diabet həddi sayılır. Prediabet geri dönə bilən mərhələdir: çəki nəzarəti, aşağı qlisemik indeksli qidalanma, müntəzəm hərəkət, yuxu və stresin tənzimlənməsi əsas yanaşmadır. Dəqiq qiymətləndirmə üçün endokrinoloq HbA1c və şəkər yükləmə testi təyin edə bilər.

ƏtraflıPrediabet: gizli şəkəri vaxtında tanıyın

Ola bilər. Boyun, qoltuqaltı və ya qasıqda tünd, qalın, məxməri görünüşlü dəri dəyişikliyi akantozis nigrikans adlanır və insulin rezistentliyinin xarici əlamətlərindən biridir. Diabeti olmayan insanlarda o, gələcək diabet riskinə işarə edə bilər, amma başqa səbəbləri də olur. Xüsusən artıq çəki, ailədə tip 2 diabet və ya PKOS varsa, bunu kosmetik problem saymayın – həkim aclıq və toxluq şəkərini, insulini, HbA1c və HOMA-IR göstəricisini qiymətləndirəcək.

Ətraflıİnsulin rezistentliyi: əlamətləri və nə etməli

Huşu yerindədirsə, onu oturdun və ya uzandırın və dərhal sürətli şəkər verin: 2 ədəd qənd, azacıq bal, şəkərli su və ya şirin peçenye. Şəkər əvəzediciləri bu zaman kömək etmir. Vəziyyət yaxşılaşdıqdan sonra sıyıq, bir parça çörək və ya meyvə verin. Huşunu itiribsə, ağzına heç nə verməyin, yan üstə uzandırın və dərhal təcili yardım çağırın.

ƏtraflıHipoqlikemiya: şəkər düşəndə nə etməli?

Bu tövsiyə olunmur. Fruktozadan sonra qan şəkəri adi şəkərə nisbətən daha ləng artır, ona görə diabetli insan bu artımı gec görür və nəzarət çətinləşir. Fruktozanın bir hissəsi qaraciyərdə triqliseridlərə çevrilərək qaraciyərin piylənməsinə səbəb ola bilər, doyma hormonu leptinə təsir edərək iştahı da artıra bilər. Şəkərin miqdarını azaltmağın ən doğru yolu ondan yavaş-yavaş imtina etməkdir.

ƏtraflıŞəkər əvəzediciləri doğrudanmı təhlükəlidir?

Bu, diabetin tipindən və ümumi vəziyyətinizdən asılıdır. Tip 2 diabetli xəstələr dərmanlarının dozası həkim tərəfindən yenidən tənzimləndikdən sonra oruc tuta bilərlər, tip 1 diabetdə isə oruc ümumiyyətlə tövsiyə edilmir. İnsulin alanlar, hamilələr, şəkəri tez-tez düşənlər və ya şəkər düşməsini hiss etməyənlər üçün də risk yüksəkdir. Qərarı orucdan əvvəl həkimlə birlikdə verin, dərmanların dozasını və vaxtını özbaşına dəyişməyin.

ƏtraflıOruc və diabet: nələri bilməlisiniz?

Gecikmədən – ayaqda hər hansı yara və ya dəyişiklik görən kimi. Diabetdə sinirlər zədələndiyindən ağrı hissi azalır, yaralar asan yaranır və gec sağalır, infeksiya isə daha asan inkişaf edir. Üç həftədən çox sağalmayan yara diabetin ağırlaşdığını göstərir və mütləq həkim müayinəsi tələb edir. Ayaqlarınızı hər gün yoxlayın: erkən diaqnoz və müalicə amputasiyanın qarşısını ala bilər.

ƏtraflıDiabetik ayaq: ayaqlarınızı necə qorumalı?

Bəli. Diabetik retinopatiya – tor qişanın zədələnməsi – uzun müddət əlamətsiz gedir və erkən dövrdə insan görmənin zəiflədiyini hiss etmir. Ona görə də şəkərli diabeti olanlar müntəzəm olaraq, bəbək genişləndirilməklə göz dibi müayinəsindən keçməlidir. Vaxtında müraciət etdikdə dəyişikliklərin qarşısını almaq mümkündür. Bununla yanaşı qan şəkərini, xolesterini və təzyiqi nəzarətdə saxlamaq və siqareti tərgitmək gözləri qoruyur.

ƏtraflıDiabet xəstələrində göz müayinəsinin vacibliyi

Bəli, inyeksiya yerini dəyişmək lazımdır. Eyni yerə vurulduqda dərialtı piy toxumasında çökəkliklər və ya bərk yumrular, göyərmələr yarana bilər, qan şəkəri isə enib-qalxa bilər. İynəni hər dəfə əvvəlki inyeksiya yerindən ən azı 2 sm kənara batırın. Nəzərə alın ki, insulin qarından ən sürətli, bud və bazudan isə orta sürətlə sorulur – vurma qaydasını həkiminizlə dəqiqləşdirin.

Ətraflıİnyeksiya nahiyəsinin insulinin effektivliyinə təsiri varmı?

Ola bilər, xüsusən başqa əlamətlərlə birlikdədirsə. Uşağın sidik ifrazında dəyişiklik – yenidən yatağı islatmaq və ya gecələr tez-tez tualetə durmaq – 1-ci tip diabetin ilk siqnalı ola bilər. Çoxlu su içmə, iştah artmasına baxmayaraq arıqlama, halsızlıq və görmənin zəifləməsi də varsa, qan şəkəri yoxlanılmalıdır. Sidikdə keton aşkarlanması insulin müalicəsinin dərhal başlanmasını tələb edir.

Ətraflı1-ci tip diabet: əlamətlər və müalicə

Bəli, həkim təyin edibsə, lazımdır. Hamiləlik diabeti çox vaxt heç bir şikayət vermir, lakin nəzarətsiz qaldıqda ana və körpə üçün ciddi fəsadlar yarada bilər. Şəkər yükləmə testi (OQTT) onu aşkarlamağın əsas üsuludur: ən azı 8 saatlıq aclıqdan sonra səhər aclıq şəkəri ölçülür, 75 q qlükoza içilir və şəkər təkrar yoxlanılır. Test boyu yemək, siqaret çəkmək və fiziki işlə məşğul olmaq olmaz.

ƏtraflıHamiləlik diabeti (gestasion diabet)

Qalxanvari vəz

Mütləq deyil – bu, səbəbdən asılıdır. Yüksək TSH vəzin zəif işlədiyini (hipotireoz) göstərir, lakin, məsələn, infeksiya zamanı TSH müvəqqəti yüksələ də bilər. Haşimoto fonunda yaranan hipotireozda müalicə göstərişi varsa, dərman ömür boyu qəbul edilir, keçici tiroid problemlərində isə buna ehtiyac olmaya bilər. Özbaşına dərman başlamayın: qərarı endokrinoloq T3, T4, antitellər və USM nəticələrinə görə verir.

ƏtraflıHipotireoz: əlamətlər, TSH və levotiroksin

Bəli, olur. Levotiroksini səhər oyanan kimi, acqarına, yalnız bir stəkan su ilə içmək lazımdır. Qəbuldan sonra ən azı 30–45 dəqiqə yemək yeməyin, çay və qəhvə içməyin. Kalsium və dəmir preparatlarını tiroid dərmanı ilə eyni vaxtda qəbul etməyin – onlar dərmanın sorulmasına mane olur və doza artırılsa belə TSH yüksək qala bilər. Dərmanı hər gün eyni saatda için, dozanı isə yalnız həkim dəyişir.

ƏtraflıHipotireoz: əlamətlər, TSH və levotiroksin

Xeyr, bu yanlış fikirdir. Çəki artımına hormon çatışmazlığının özü, çox vaxt isə yetərsiz doza səbəb olur: hipotireozda maddələr mübadiləsi ləngiyir və az yeyən insan da çəki yığa bilər. Ona görə kökəlmək qorxusu ilə dərmanı dayandırmayın. Çəki, yorğunluq və ya digər şikayətlər dəyişibsə, həkim analizlərə baxaraq dozanın uyğun olub-olmadığını qiymətləndirəcək.

ƏtraflıHaşimoto tiroiditi: bilməli olduğunuz əsas faktlar

Hər Haşimoto xəstəsinə dərman lazım deyil. Qərar yalnız analizlərə deyil, USM nəticələrinə və şikayətlərinizə birlikdə əsasən verilir. TSH və T4 normaldırsa, vəzin funksiyası və quruluşu hələ pozulmayıbsa, müntəzəm nəzarət kifayət edə bilər. Haşimoto ömür boyu davam edən xəstəlik olduğundan, TSH normal olsa belə endokrinoloq nəzarətində qalmaq vacibdir.

ƏtraflıHaşimoto tiroiditi: bilməli olduğunuz əsas faktlar

Ola bilər – bu əlamətlər qalxanvari vəzin həddindən artıq işləməsinə (hipertireoz, xalq arasında «zəhərli zob») xasdır. Ona istirahətdə belə sürətli ürək döyüntüsü, istiyə dözümsüzlük, əsəbilik və yuxu pozğunluğu da əlavə oluna bilər. Lakin yalnız əlamətlərə görə diaqnoz qoyulmur: həkim müayinəsi, TSH, sərbəst T4 və sərbəst T3 analizləri, vəzin USM-i lazımdır. Müalicə olunmayan hipertireoz ürəyə ciddi təsir edir, ona görə müayinəni gecikdirməyin.

ƏtraflıHipertireoz və zəhərli zob: əlamətlər və müalicə

Xeyr, «zoba bıçaq vurmaq olmaz» fikrinin elmi əsası yoxdur: incə iynə ilə müdaxilə düyünü yaymır və xərçəngə səbəb olmur. İncə iynə aspirasiya biopsiyası (İİAB) USM nəzarəti altında, steril şəraitdə aparılır, keyitmə tələb etmir və pasiyent adətən ağrı hiss etmir. Biopsiya təyin olunması «xərçəngsiniz» demək deyil – aşkar olunan düyünlərin 90–95%-i xoşxassəlidir, biopsiya isə buna əmin olmağın ən doğru yoludur.

ƏtraflıQalxanvari vəz düyünləri: nə vaxt narahat olmalı?

Bəzi hallarda bəli. Hər düyün əməliyyat tələb etmir: düyün şikayət yaratmırsa və xərçəng şübhəsi yoxdursa, əməliyyata ehtiyac yoxdur. Şikayət yaradan xoşxassəli düyünlər üçün müasir seçimlərdən biri radiotezlik ablasiyasıdır (RFA) – düyünü kəsik olmadan, iynə vasitəsilə kiçiltmək üsulu. Hansı yolun sizə uyğun olduğu USM, hormon analizləri və lazım olduqda biopsiyadan sonra seçilir.

ƏtraflıTiroid düyünlərinin radiotezlik ablasiyası (RFA)

Xeyr, dərmanı özbaşına dayandırmayın. Ananın tiroid hormonları körpənin beyin və sinir sisteminin inkişafında əsas rol oynayır, müalicə olunmayan hipotireoz isə düşük, preeklampsiya və vaxtından əvvəl doğuş riskini artırır. Tiroid xəstəliyiniz varsa, bütün hamiləlik boyu endokrinoloq nəzarətində olmalısınız – adətən hər 4–6 həftədən bir TSH və sərbəst T4 yoxlanılır. Dozada lazım olan dəyişikliyi yalnız həkim edir.

ƏtraflıHamiləlik və qalxanvari vəz: nələri bilməli?

Hormonlar

Ola bilər – bunlar polikistoz yumurtalıq sindromunun tipik əlamətləridir. Diaqnoz üçün üç meyardan ən azı ikisi olmalıdır: klinik əlamətlər, analizdə androgenlərin yüksəlməsi və USM-də yumurtalıqlarda çoxsaylı kiçik kisəciklər. PKOS olan qadınların çoxunda insulin rezistentliyi də olur. Artıq çəki varsa, hətta bədən çəkisinin 5–7%-i qədər arıqlamaq aybaşını tənzimləyə və hamiləlik şansını artıra bilər.

ƏtraflıPolikistoz yumurtalıq sindromu (PKOS)

Xeyr, hər yüksək nəticə xəstəlik demək deyil. Prolaktin yuxu, stress, idman, zülallı qida və süd vəzilərinə toxunmadan sonra da yüksələ bilər, ona görə analiz 8–14 saatlıq aclıqdan sonra, səhər 9:00–11:00 arasında, 20–30 dəqiqə sakit oturduqdan sonra verilməlidir. Nəticə yüksəkdirsə, makroprolaktin də yoxlanılır. Hipofiz adenomasından şübhə olarsa, həkim MRT təyin edir; prolaktinoma əksər hallarda əməliyyatsız, dərmanla müalicə olunur.

ƏtraflıProlaktin yüksəkliyi və prolaktinoma

Olar – stress çəki artımının ən önəmli səbəblərindən biridir. Stress zamanı kortizolun ifrazı artır, bu da tez-tez acmağa səbəb olur, qarın nahiyəsindəki yağ hüceyrələri isə bu hormona xüsusilə həssasdır. Xroniki stress yuxunu da pozur: aclıq hissi güclənir, toxluq hissi zəifləyir. Çəki artımı, yüksək təzyiq, daimi yorğunluq kimi şikayətlər uzun müddət davam edirsə, özbaşına vitamin qəbul etmək əvəzinə böyrəküstü vəzi hormonlarını yoxlatdırın.

ƏtraflıKortizol və stress: bədənə necə təsir edir?

Saç tökülməsinin bir qismi endokrin səbəblidir və belə hallarda şampun və maskalar problemi həll etmir. Ən çox qalxanvari vəzin zəif və ya artıq işləməsi, dəmir çatışmazlığı (ferritin), B12 vitamini və sink çatışmazlığı, qadınlarda isə PKOS və testosteron artıqlığı araşdırılır. Hansı analizlərin lazım olduğunu həkim şikayətlərinizə görə müəyyən edir. Vitaminləri kor-koranə qəbul etməyin: öncə analiz, sonra dəqiq müalicə.

ƏtraflıSaç tökülməsi və hormonlar: səbəb nədir?

Bunu sadəcə «normal yaşlanma» kimi qəbul etmək olmaz. 40 yaşdan sonra testosteron səviyyəsi təbii olaraq ləng azalır, lakin onun kəskin azalması kişi sağlamlığına ciddi ziyan vura bilər. Davamlı halsızlıq, cinsi istəyin və əzələ kütləsinin azalması, motivasiya çatışmazlığı testosteron çatışmazlığına işarə edə bilər. Diaqnoz üçün ümumi testosteron mütləq səhər 07:00–10:00 arasında yoxlanılır; çatışmazlıq təsdiqlənərsə, müalicəni həkim təyin edir.

ƏtraflıKişilərdə hipogonadizm

Bəli, sümük sıxlığını ölçən densitometriya müayinəsi klimaks dövründə olan qadınlara xüsusilə tövsiyə olunur. Estrogenlər sümüklərin möhkəmliyinə təsir edir və klimaksın başlanması sümük əriməsini sürətləndirir. Osteoporoz uzun müddət gizli gedir: boyun tədricən qısalması, bel ağrıları və kiçik travmalarda sınıqlar ilk xəbərdarlıq ola bilər. Profilaktika üçün kalsium və zülal qəbulu, D vitamini səviyyəsinə nəzarət, hərəkət və duzu azaltmaq vacibdir.

ƏtraflıSümük əriməsinə qarşı birlikdə tədbir alaq!

Ola bilər. Pəhriz və idmana baxmayaraq çəki sabit qalırsa və ya artırsa, səbəb hipotireoz, insulin dirənci, polikistoz yumurtalıq sindromu, kortizol və ya prolaktin pozğunluqları ola bilər. Belə hallarda endokrinoloq tiroid hormonlarını, aclıq və toxluq qan şəkərini, HbA1c, insulin və HOMA-IR göstəricisini, lazım olduqda kortizol və prolaktini yoxlayır. Hormonal səbəb tapılarsa, ilk növbədə o müalicə olunur. Analizsiz heç bir hormonal iynədən istifadə etməyin.

ƏtraflıPiylənmə və artıq çəki

Qəbul və analizlər

Endokrinoloq hormon ifraz edən vəzlərin xəstəlikləri ilə məşğul olur: diabet, qalxanvari vəz xəstəlikləri, piylənmə, osteoporoz, menopauza, sonsuzluq, menstrual pozğunluqlar, yağ mübadiləsi pozğunluqları və hormonla bağlı yüksək təzyiq. Belə problemlərdən birinə şübhə varsa, endokrinoloqa müraciət etmək məqsədəuyğundur. İlk müraciət etdiyiniz həkim endokrin problem aşkar edərsə, o da sizi endokrinoloqa yönləndirəcək.

ƏtraflıEndokrinologiya nədir?

Endokrinoloq hərtərəfli müayinə aparır və ehtiyac olduqda müəyyən analizlər, USM kimi müayinələr təyin edir. Qərar adətən tək bir rəqəmə görə deyil, analizlər, müayinə nəticələri və şikayətlər birlikdə qiymətləndirilərək verilir. Qəbul etdiyiniz bütün dərmanlar barədə həkimə mütləq məlumat verin, çünki bəzi dərmanlar hormonların səviyyəsinə təsir edə bilər. Ailənizdə diabet və ya tiroid xəstəliyi olubsa, bunu da qeyd edin.

ƏtraflıEndokrinologiya nədir?

Bəli, aclıq qan şəkəri və şəkər yükləmə testi acqarına verilir. Şəkər yükləmə testində 10–12 saatlıq aclıqdan sonra qan şəkəri ölçülür, sonra 75 q qlükoza məhlulu içilir və 2 saat sonra şəkər yenidən yoxlanılır. Test boyu yemək yemək, siqaret çəkmək və fiziki işlə məşğul olmaq olmaz – əks halda nəticə etibarsız sayılır. Hansı analizlərin lazım olduğunu həkiminiz şikayətlərinizə görə müəyyən edəcək.

ƏtraflıPrediabet: gizli şəkəri vaxtında tanıyın

Analiz verəcəyiniz gün qanı dərmanı içməzdən əvvəl verin. Levotiroksin qəbul edənlərdə TSH, T3 və T4 analizlərini 3–6 aydan bir təkrarlamaq, lazım olduqda USM ilə izləmək vacibdir. Hamiləlik, çəki dəyişikliyi və başqa dərmanlar dozaya təsir edə bilər, yorğunluq, saç tökülməsi və ya ürək döyüntüsü isə dozanın uyğun olmadığını göstərə bilər. Nəticələri həkim qiymətləndirir və dozanı yalnız o dəyişir.

ƏtraflıHipotireoz: əlamətlər, TSH və levotiroksin

40 yaşdan yuxarı hər kəsə ildə bir dəfə profilaktik yoxlanış tövsiyə olunur, risk qrupundakıların isə qan şəkərini müntəzəm yoxlatması vacibdir. Risk qrupuna artıq çəkisi olanlar, oturaq həyat tərzi keçirənlər, yaxın qohumlarında diabet olanlar, yüksək təzyiq və ya xolesterin problemi olanlar, PKOS və ya hamiləlik diabeti keçirmiş qadınlar aiddir. Diabet çox vaxt illərlə əlamətsiz irəliləyir, erkən mərhələdə isə sadə qan analizləri ilə aşkarlanır.

ƏtraflıDiabetin statistikasına nəzər salaq!

Cavablar ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.